Dortmund "Borussiya"sı ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisinin yarımmüdafiəçisi Aksel Vitsel ağır zədə alıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçika millisinin üzvü Bundesliqanın 15-ci turunda "Leyptsiq"lə görüşdə (3:1) sıradan çıxıb. Dabanında sınıq aşkarlanan futbolçunun bir neçə ay meydana çıxa bilməyəcək.
 
Ulduz futbolçunun Avropa çempionatında da iştirak edə bilməyəcəyi ehtimal olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest