İspaniyanın "Sevilya" klubu baş məşqçisi Xulen Lopeteqi ilə müqaviləni yeniləyib.
 
Matc.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
İspan mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin iyununa qədərdir. Onun əvvəlki müqaviləsi gələn ilin yayına qədər nəzərdə tutulmuşdu.
 
Qeyd edək ki, Lopeteqi 2019-cu ilin iyun ayından İspaniya klubunu çalışdırır. Onun komandası hazırda La Liqada 30 xalla 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest