"Yuventus" klubu yeni sponsorluq müqaviləsi imzalayıb. Matç.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qoca sinyora" "Adidas"la anlaşıb.

Razılığa əsasən, "Adidas"la cari mövsümün sonuna qədər olan müqavilə müddəti 2027-ci ilin yayına qədər yenilənib. 8 illik sözləşmə İtaliya çempionuna bu müddətdə minimum 408 milyon avro qazandıracaq. Bu isə o deməkdi ki, turinlilər sponsorluq anlaşmasından ildə 51 milyon avro gəlir götürəcək.

"Adidas" bununla "Yuventus"un bütün komandalarının texniki sponsoru olub. Şirkət dekabrın 31-nə qədər kluba 15 milyon avroluq bonus ödəyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest