"Yuventus"un futbolçusu Kristiano Ronaldo yeni uğura imza atıb.
 
Matc.az xəbər verir ki, A Seriyasının 17-ci turu çərçivəsində "Sassuolo"ya qarşı keçirilən oyunda fərqlənən portuqaliyalı hücumçu rəsmi matçlardakı qol sayını 759-a çatdırıb.
 
Ronaldo bununla da çexiyalı keçmiş futbolçu Yozef Biçana məxsus ən çox qol vurma rekorduna şərik olub. Sabiq hücumçunun da aktivində 759 qol var.  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest