Yaponiyanın "Yokohama" klubu futbolçusu Kazuyoşi Miuranın müqaviləsinin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 53 yaşlı hücumçu ilə imzalanan sözləşmənin müddəti 2021-ci ilin sonuna qədərdir.
 
Miura 2017-ci ildən "Yokohama" klubunda çıxış edir. Hücumçu, rəsmi oyunlarda iştirak edən ən yaşlı peşəkar futbolçu kimi tarixə düşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest