Qeyd edək ki, söhbət "Sumqayıt"ın sabiq futbolçusu Mehdi Şərifidən gedir. 29 yaşlı iranlı hücumçunun transferinin yaxın saatlarda rəsmən açıqlanması gözlənilir.

"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat verilib.
 
Hələlik, həmin futbolçunun adı açıqlanmasa da, xəbərdə bunlar qeyd olunub: 
 
"Sumqayıt" Futbol Klubu bu gün daha bir futbolçunu heyətinə qatıb. Bir neçə saat sonra onun kim olduğunu rəsmən elan edəcəyik. Həmin futbolçu ilə bağlı sizə ipucu vermək istəyirik. 
 
O, bizim sabiq futbolçumuzdur;
"Sumqayıt"ın heyətində keçirdiyi 16 oyunda 5 qol vurub;
2019/20 mövsümündə dubl etmiş futbolçularımızdan biridir".
 
Qeyd edək ki, söhbət "Sumqayıt"ın sabiq futbolçusu Mehdi Şərifidən gedir. 29 yaşlı iranlı hücumçunun transferinin yaxın saatlarda rəsmən açıqlanması gözlənilir.
 
Mehdi Şərifi 2019/20 mövsümündə "Sumqayıt"ın formasını geyinib. O, komandanın heyətində 16 oyuna çıxıb və 5 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest