Polşada 2020-ci ilin ən yaxşı idmançısı məlum olub.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, bu, "Bavariya"nın futbolçusu Robert Levandovskidir.
 
32 yaşlı hücumçu karyerası ərzində 2-ci dəfə bu mükafatı qazanıb. Levandovski 2016-cı ildə də Polşada ilin idmançısı seçilmişdi.
 
Hücumçu FİFA tərəfindən də 2020-ci ilin ən yaxşı futbolçusu seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest