Rusiyanın "Zenit" klubu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Jalə Məhsimova ilə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə 1 illik yeni sözləşmə imzalanıb.
 
Təcrübəli müdafiəçi ötən ilin yayından Sankt-Peterburq təmsilçisində çıxış edir.
 
Qeyd edək ki, Jalə Məhsimova daha əvvəl Rusiyada "Torpedo", Azərbaycanda isə "Sumqayıt", "Səbail" və "Uğur" klublarının formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest