Türkiyənin "Kasımpaşa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi PSV-nin mərkəz müdafiəçisi Derrik Lukkasseni transfer edib.
 
Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı niderlandlı futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb.
 
"Alkmaar"ın yetirməsi olan Lukkassen 2017-ci ildən PSV-də çıxış edirdi. O, geridə qalan mövsümlərdə Almaniyanın "Herta" və Belçikanın "Anderlext" klublarında da icarədə oynayıb.
 
"Kasımpaşa" öz futbolçularından Ahmet Oğuz ilə də yollarını ayırıb. 27 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 
 
Cari mövsümün əvvəlində "Kasımpaşa"ya gələn Ahmet Oğuz, bu komandada cəmi 8 qarşılaşmaya çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest