Futbol üzrə İngiltərə Premyer Liqasında daha 36 nəfər koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, 4-10 yanvar aralığında 1593 nəfərdən götürülən COVİD-19 testindən 36-nın nəticəsi pozitiv olub.
 
Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb. Onlar 10 günlük karantinə alınıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest