Türkiyənin "Başakşəhər" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi "Milan"dan Leonardo Duarteni heyətinə qatıb.
 
Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. İstanbul klubu braziliyalı müdafiəçini satın almaq şərti ilə 1.5 illik icarəyə götürüb. O, yeni komandasında "2" nömrəli formanı geyinəcək.
 
Duarte bu mövsüm "Milan"la 3 oyuna çıxıb. 24 yaşlı müdafiəçi 2019-cu ilin yayından "qırmızı-qaralar"ın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest