Futbol üzrə Azərbaycan millisinin məşqçisi Benito Karbone karyerasını davam etdirmək istədiyi ölkənin adını açıqlayıb.
 
Matc.az xəbər verir ki, baş məşqçi Canni De Byazinin köməkçisi olan 50 yaşlı mütəxəssis Britaniya mətbuatına müsahibəsində xəyalının İngiltərədə işləmək olduğunu söyləyib.
 
İtaliyalı məşqçi sabiq klubu "Bredford"a qayıtmaq ehtimalının olduğunu da bildirib:
 
"Bəlkə də, bir gün ola bilər. "Bredford" mənim üçün xüsusi klubdur. Xəyalım İngiltərəyə məşqçi kimi qayıtmaqdır".
 
Qeyd edək ki, AFFA Canni De Byazi və köməkçiləri ilə 1.5 illik müqavilə imzalayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest