Əfsanəvi ispaniyalı futbolçu Andres İnyesta karyerasını bitirdikdən sonra nə işlə məşğul olacağını qərarlaşdırıb. Matç.az xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçi özü məlumat verib.

Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən Andres məşqçiliyə başlamağa hazırlaşdığını söyləyib: "Bəli, gələcəkdə özümü məşqçi kimi görürəm. "Barselona"ya rəhbərlik etmək istəmədiyimi deyə bilmərəm. Ancaq bütün fikrimin bu olmadığını da söyləməliyəm. Hər şeyi gələcək göstərəcək".

Qeyd edək ki, Andres İnyestanın "Vissel Kobe" ilə müqavilə müddəti 2020-ci ilin sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest