"Kardiff Siti"nin müdafiəçisi Sol Bambada xərçəng aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə çempionşip klubunun mətbuat xidməti məlumat yayıb.
 
36 yaşlı futbolçuda lenf xərçənginin aşkarlandığı bildirilib. Futbolçunun kimyaterapiyasına başlandığı açıqlanıb.
 
Fil Dişi Sahili millisinin sabiq futbolçusu karyerası ərzində "Lester", "Trabzonspor", "Palermo", "Lids" kimi klublarda oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest