"Mançester Yunayted"in hücumçusu Aleksis Sançes maraqlı paylaşımla diqqət çəkib. Matç.az saytının məlumatına görə, çilili forvard avtomobili ilə klubun bazasına gedərkən çəkdiyi videonu instaqram hesabı vasitəsilə paylaşıb.

Videoda onun "Qladiator" filminin "indi biz azadıq" mahnısını oxuması diqqətdən yayınmayıb. Sançes bununla baş məşqçi Joze Mourinyonun "qırmızı şeytanlar"dan qovulmasına işarə vurub.

Qeyd edək ki, "Mançester Yunayted"ə mövsümün sonuna qədər Ole-Qunnar Sulşer rəhbərlik edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest