İtaliya çempionu "Yuventus" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Turin təmsilçisi Fransanın "Nant" klubunun yarımmüdafiəçisi Abdulaye Dabonu transfer edib.
 
Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. Qvineya əsilli fransalı yarımmüdafiəçi Turin təmsilçisində mövsümün sonunadək icarə əsasında çıxış edəcək.
 
"Qoca sinyora" yayda 20 yaşlı oyunçunu birdəfəlik transfer etmək hüququna sahibdir.
 
Qeyd edək ki, Dabo bu mövsüm "Nant"ın B komandasında 5 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest