Niderlandın "Telstar" klubunun baş məşqçisi Andris Yonker Azərbaycan millisinin və "Sabah"ın futbolçusu Ozan Can Kökcünün transferindən danışıb.
 
Matc.az xəbər verir ki, 59 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında icarəyə götürdükləri Türkiyə əsilli yarımmüdafiəçini tərifləyib.
 
Niderlandlı baş məşqçi 23 yaşlı oyunçunun xidmətindən ən qısa vaxtda yararlanmaq istədiklərini bildirib:
 
"Şənbə günü "TOP Oss" komandası ilə matçda ona şans verməyə çalışacağıq. Gənc olmasına baxmayaraq, Ozan Can lazimi təcrübəyə malikdir. O, Azərbaycanın gənclər yığmasında müntəzəm çıxış edir. Həm yarımmüdafiə, həm də hücum xəttində yaxşı təsir bağışlayır. İnanıram ki, oyunumuzun inkişafına təkan verəcək".
 
Qeyd edək ki, Ozan Can Kökcü cari mövsümün sonunadək "Tesltar"da çıxış edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest