"Barselona" İspaniya superkubokunun yarımfinal oyununda "Real Sosyedad"la qarşılaşıb.
 
Matc.az xəbər verir ki, rəqibinə penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələn Kataloniya klubunun hücumçusu Lionel 
 
Messinin bu oyunda iştirak etməməsinin səbəbi məlum olub. Məlumata görə, argentinalı futbolçu zədə səbəbiylə bu oyunu buraxıb. Onun La Liqanın son turu çərçivəsində "Qranada" ilə keçirilən oyunda (4:0) narahatlıq yaşadığı bildirilir. Əzələ zədəsindən əziyyət çəkən futbolçu "Real Sosyedad"la oyunu buraxmalı olub.
 
Messi zədə səbəbindən İspaniya superkubokunun final matçını da buraxa bilər. Kataloniya komandası finalda "Real" – "Atletik" cütünün qalibi ilə üz-üzə gələcək. Digər yarımfinal oyunu bu gün, final görüşü isə yanvarın 17-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest