Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası son 10 ilin ən yaxşı qapıçılarının siyahısını hazırlayıb.
 
Matc.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, son 10 ilin ən yaxşı qapıçısı Manuel Noyerdir.
 
"Bavariya"nın və Almaniya millisinin qolkiperi 183 xal toplayıb.
 
Siyahının ikinci pilləsində 148 xalla "Yuventus"un üzvü Canluici Buffon qərarlaşıb.
 
İlk üçlüyü belçikalı Tibo Kurtua tamamlayıb. "Real"da çıxış edən Kurtua 130 səs toplayıb.
 
İlk "onluq" bu oyunçulardan ibarətdir:
 
Manuel Noyer (Almaniya) - 183
Canluici Buffon (İtaliya) - 148
Tibo Kurtua (Belçika) - 130
Huqo Lyoris (Fransa) - 96
Keylor Navas (Kosta Rika) - 93
Yan Oblak (Sloveniya) - 85
Petr çex (çexiya) - 80
Mark Ter Ştegen (Almaniya) - 78
David de Xea (İspaniya) - 75
İker Kasilyas (İspaniya) - 67

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest