"Sumqayıt" qış fasiləsində iki futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.
 
Matc.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi qazaxıstanlı müdafiəçi Kərəm Sultanov və iranlı yarımmüdafiəçi Adəm Həmati ilə vidalaşır.
 
Hər iki oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam veriləcək. Bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib: "Onlar burada az şans qazandılar, özlərinə də dedik. Adəm bu sistemdə oynamamışdı, çətinlik çəkirdi. Yəqin ki, yaxın günlərdə klub rəhbərliyi bu barədə məlumat verəcək. çalışacağıq ki, onlar da futbolsuz qalmasın, karyeralarına öz ölkələrində davam etdirsinlər".
 
Qeyd edək ki, Kərəm Sultanov və Adəm Həmati cari mövsümün əvvəlində "Sumqayıt"a keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest