İspaniya superkubokunun yarımfinalında "Atletik"ə məğlub olaraq, turnirlə vidalaşan "Real"ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.
 
Matc.az xəbər verir ki, fransalı mütəxəssis, 1:2 hesabıyla bitən görüşü belə şərh edib:
 
"Bu, uğursuzluq deyil. Uğursuzluq komandanın nəyəsə cəhd etməməsi, mübarizə aparmamasıdır. Həyat belədir, həmişə qazana bilməzsən. Hər oyunda qələbə üçün çalışırq, ancaq həmişə alınmır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest