İtaliyanın "Benevento" klubunun futbolçusunda koronavirus aşkarlanıb.
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə yarımmüdafiəçi Paskuale Skyattarellanın COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. 33 yaşlı italyan futbolçu karantinə alınıb. Komandanın digər üzvlərinin koronavirus testi neqativ çıxıb.