Futbol üzrə İspaniya Super Kubokunun finalı çərçivəsində "Atletik"lə keçirilən görüşdə qırmızı vərəqə alan Lionel Messini ağır cəza gözləyir.
 
Matc.az xəbər verir ki, Messi, qarşılaşmanın 120-ci dəqiqəsində rəqib komandanın oyunçusu Asyer Vilyalibreyə arxadan zərbə vurduğu üçün meydandan qovulub.
 
Bu, argentinalı hücumçunun "Barselona" karyerasında ilk qırmızı vərəqəsidir.
 
Messinin buna görə 4 oyunluq cəza alacağı bildirilir.
 
"Barselona" İspaniya Super Kubokunda "Atletik"ə uduzub – 2:3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest