"Bavariya"nın futbolçusu Serj Qnabri zədələnib.
 
Matc.az xəbər verir ki, 25 yaşlı hücumçu Bundesliqanın 16-cı turu çərçivəsində "Frayburq"la keçirilən matçda (2:1) sıradan çıxıb. 
 
Qarşılaşmanın 28-ci dəqiqəsində zədələnin Qnabri Leroy Sane ilə əvəzlənib. Alman hücumçunun son durumu tibbi müayinədən sonra bilinəcək.
 
Qnabri bu mövsüm Bundesliqada 14 oyunda 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest