PSJ klubu sanksiya ilə üzləşə bilər. Matç.az saytı xarici mətbuata istinadən xəbər verir ki, UEFA bununla bağlı araşdırmalarını davam etdirir.

Fransa çempionu cəzanın qarşısını almaq üçün növbəti mövsümün startına qədər oyunçu satışından ən azı 170 milyon avro qazanc əldə etməlidi. Rəhbərlik isə çıxış yolunu iki aparıcı futbolçusundan birini - Neymar və ya Kilian Mbappeni satmaqda görür. Parislilər bu üzdən yayda adıçəkilən hücumçular üçün gələcək təklifləri nəzərdən keçirəcək.

Qeyd edək ki, Kilian Mbappe PSJ-dən 180, Neymar isə "Barselona"dan 222 milyon avroya alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest