"Sampdoriya"nın futbolçusu Fabio Kvalyarella qol seriyasını 7 oyuna çatdırıb. Matç.az saytı xəbər verir ki, 35 yaşlı qolsuz tərk etmədiyi son yeddi görüşdə 8 dəfə rəqib qapısına yol tapıb.

Fabio A seriyasının son turunda "Empoli" ilə səfər matçında 4:2 hesablı qələbədə pay sahibi olub. O, ümumilikdə 16 turda 10 dəfə fərqlənib.

Kvalyarella 2010-cu ildən sonra belə seriyaya imza atan ilk italiyalıdı. Sonuncu belə məhsuldarlığın müəllifi "Udineze"də qolları sıralayan Antonio di Natale olub.

"Sampdoriya"da isə 1963/64 mövsümündən sonra ardıcıl 7 oyunda qol vuran olmamışdı. 45 il öncə Paolo Barison qarşısıalınmazlıq nümayiş etdirmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest