"Bavariya"nın futbolçusu Manuel Noyer rekorda imza atıb.
 
Matc.az xəbər verir ki, Noyer Bundesliqa tarixində ən çox "quru oyun" keçirən qapıçı ünvanını qazanıb.
 
34 yaşlı futbolçu 17-ci tur çərçivəsində "Auqsburq"la keçirilən səfər matçında (1:0) qapısını toxunulmaz saxlayıb. Noyer, bununla da, "quru oyun" seriyasını 196-ya çatdırıb.
 
Noyerdən əvvəl bu rekord keçmiş qapıçı Oliver Kana aid idi. Kanın da aktivində 196 "quru oyun" var idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest