Futbol üzrə Fransa çempionatında dekabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, "Lill"in türk yarımmüdafiəçisi Yusuf yazıcı ötən ayın ən yaxşısı seçilib.
 
Bu barədə Liqa 1-in rəsmi saytı məlumat yayıb. Yusufla yanaşı, dekabrın ən yaxşısı adına Lion "Olimpik"indən Tino Kadevere və Karl Toko-Ekambi də namizəd idi. Amma sorğunun yekununda Türkiyə millisinin üzvü digər iki namizədi qabaqlayıb.
 
Yusuf Yazıcı dekabr ayında "Lill"in heyətində meydana çıxdığı 5 oyunda 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
 
Xatırladaq ki, Yusuf Yazıcının komanda yoldaşı Burak Yılmaz da "Lill"in dekabr ayındakı ən yaxşı oyunçusu seçilib. Yusuf da noyabrda "Lill"də ayın futbolçusu elan olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest