Bu gün keçirilən bir oyunla Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub. Matc.az xəbər verir ki, "ASK Arena"da baş tutan görüşdə "Keşlə" "Sumqayıt"ı qəbul edib.

Son turlarda qələbə qazana bilməyən komandalar 3 xal sayəsində turnir cədvəlində irəliləməyə çalışıblar. Əvvəlki turlarda "Neftçi" və "Səbail"ə uduzan "Keşlə" "Sumqayıt"la ev oyunundan da məğlub ayrılıb. Bu görüşlə çempionatın II dövrəsi başa çatıb.

Qeyd edək ki, turun ilk günündə "Neftçi" "Səbail"i 3:1, "Qarabağ" "Sabah"ı 2:1, "Zirə" "Qəbələ"ni 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Azərbaycan Premyer Liqası
XIV tur
22 yanvar (cümə)

"Keşlə" - "Sumqayıt" 0:1
Qol: T.Mütəllimov, 3.
Qırmızı vərəqə: E.Mustafayev, 38.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamranbəy Rəhimov
"ASK Arena"


Keşlə: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 25. Con Kamara, 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 91. Sadio Tounkara, 9. Anatole Abanq, 22. Elçin Mustafayev.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 8. Tural Axundov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 11. Silvio Rodriqes, 99. Rafael Məhərrəmli, 14. Turan Vəlizadə, 97. Xəzər Mahmudov.
Baş məşqçi: Yunis Hüseynov.

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 6. Vüqar Mustafayev, 7. Tellur Mütəllimov, 22. Cavid İmamverdiyev, 78. Dmitro Nağıyev, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev.
Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 11. Mehdi Şərifi, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 37. Nicat Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.
 

1

Neftçi

14

8

3

3

18-15

27

2

Qarabağ

13

7

5

1

33-11

26

3

Zirə

14

6

5

3

18-14

23

4

Sumqayıt

14

5

4

5

17-20

19

5

Qəbələ

14

3

6

5

13-22

15

6

Səbail

13

3

4

6

15-19

13

7

Keşlə

14

3

4

7

13-21

13

8

Sabah

14

4

1

9

14-19

13

Bombardirlər: Namiq Ələsgərov ("Neftçi"), Mahir Emreli ("Qarabağ") – 8 qol.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest