İngiltərənin "Liverpul" klubu bu mövsüm son 5 ildəki ən bərbad nəticəsinə imza atıb.
 
Matc.az xəbər verir ki, "mersisaydlılar" ötən gecə "Bernli"yə (0:1) məğlub olub.
 
"Liverpul" cari mövsümdə keçirdiyi 19 oyundan sonra cəmi 34 xal toplaya bilib. Bu isə komandanın 2015/16 mövsümündən sonrakı ən pis nəticəsidir. Həmin vaxt "qırmızılar" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşmışdılar.
 
Qeyd edək ki, hazırda lider "Mançester Yunayted"dən 6 xal geri qalan "Liverpul" 4-cü sırada yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest