"İşlərimi həll etdikdən sonra hər şeyə aydınlıq gələcək. Təkcə "Sumqayıt"dan təklif almamışam. Başqa variantlar da var".

"Hələ ki, "Zirə"dən ayrılmamışam. Ancaq yaxın günlərdə bu məsələ dəqiqləşəcək". Bu sözləri matç.az saytına açıqlamasında "Zirə"nin müdafiəçisi Adil Nağıyev deyib.

Cari mövsümün ilk yarısında paytaxt klubunun heyətində ən çox oyun keçirən ikinci futbolçu olan Nağıyev komandasını dəyişməyə hazırlaşır. 23 yaşlı müdafiəçinin "Sumqayıt"a keçidi ən real variant hesab edilir. O özü də bunu istisna etməyib: "İşlərimi həll etdikdən sonra hər şeyə aydınlıq gələcək. Təkcə "Sumqayıt"dan təklif almamışam. Başqa variantlar da var. Bu həftə ərzində yekun qərarımı verəcəm".

Mərkəz müdafiəçisi oyunlarda müntəzəm iştirak etməsinə baxmayaraq, ayrılmaq istəməsini bununla əlaqələndirib: "Açığı, dəyişikliyin karyeram üçün daha yaxşı olacağını düşünürəm. Futbolda da belə hallar normaldı".

Qeyd edək ki, Adil Nağıyevin "Zirə" ilə müqavilə müddəti mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest