İngiltərənin "Vulverhempton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İspaniya "Real Sosyedad"ından Villian Jozeni heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı hücumçu mövsümün sonuna qədər icarə əsasında "Vulverhempton"da çıxış edəcək.
 
"Canavarlar" yayda 20 milyon avro ödəyərək, Jozenin transfer hüquqlarını ala bilər.
 
2016-cı ildən "Real Sosyedad"da çıxış edən Joze, bu mövsüm 21 oyunda 6 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest