İraq yığması yoldaşlıq görüşü üçün rəqib axtarışına çıxıb. Matc.az xəbər verir ki, bu məqsədlə Azərbaycana təklif göndərilib.
 
İraqlılar yanvarın 31-də Bəsrə şəhərində Canni de Byazinin rəhbərlik etdiyi milli komandamızla qarşılaşmaq istəyib və AFFA-ya müraciət edib. Amma uyğun vaxt seçilmədiyindən yoldaşlıq görüşü baş tutmayacaq. İraq mediasının yazdığına görə, Azərbaycan yığması bu görüşə razılıq verməyib.
 
Qeyd edək ki, İraq yığması FİFA reytinqində 69-cu, Azərbaycan isə 109-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest