Futbol üzrə İtaliya A Seriyasında 19-cu tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə beş görüş baş tutub.
 
"Napoli" səfərdə "Verona"nı sınağa çəkib və məğlubiyyətlə üzləşib. Son çempion "Yuventus" isə bu turda "Bolonya"nı qəbul edib. Turin təmsilçisi inamlı qələbəyə sevinib. 
 
"Cenoa" "Kalyari"ni, "Latsio" isə "Sassuolo"nu məğlub yola salıb. Səfərdə "Parma" ilə qarşılaşan "Sampdoriya" da inamlı qələbə qazanıb.
 
İtaliya A Seriyası
19-cu tur
22 yanvar
 
Benevento – Torino 2:2
Qol: Viola, 31-pen. Lapadula, 49 – Zaza, 51; 90+3.
 
23 yanvar
 
Roma – Spetsiya 4:3
Qol: Mayoral, 17; 52. Karsdrop, 55. Pelleqrini, 90+2 – Pikkoli, 24. Farias, 59.
 
Milan – Atalanta 0:3
Qol: Romero, 26. İliçiç, 53-pen. Sapata, 77.
 
Udineze – İnter 0:0
 
Fiorentina – Krotone 2:1
Qol: Bonaventura, 20. Vlahoviç, 32 – Simi, 66.
 
24 yanvar
 
Yuventus – Bolonya 2:0
Qol: Artur, 15. Makkenni, 71.
 
Cenoa – Kalyari 1:0
Qol: Destro, 10.
 
Verona – Napoli 3:1
Qol: Dimarko, 34. Barak, 62. Zakkayni, 79 – Lozano, 1.
 
Latsio – Sassuolo 2:1
Qol: Milinkoviç-Saviç, 25. İmmobile, 71 – Kaputo, 6.
 
Parma – Sampdoriya 0:2
Qol: Yoşida, 25. B.Keyta, 34.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest