"çelsi"nin baş məşqçisi Frenk Lempard istefaya göndəriləcək.
 
Matc.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
 
Xəbərdə, London klubunun bu gün Lempardla yollarını ayıracağı bildirilib. "çelsi"də artıq qərar verilib və bu səbəbdən komandanın bugünkü məşqi ləğv edilib.
 
Lempard 2019-cu ilin yayından "zadəganlar"ı çalışdırır. "çelsi" Premyer Liqada 9-cu sırada qərarlaşıb.
 
Lempardı kimin əvəz edəcəyi də bəlli olub. Son olaraq PSJ-ni çalışdıran Tomas Tuxelin bundan sonra London klubunu çalışdıracağı iddia olunur. Alman mütəxəssisin "zadəganlar"la razılığa gəldiyi bildirilir.
 
Tuxel ötən ilin dekabrında PSJ-dən ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest