"Rəqib yenə Premyer Liqa klubudur. Yaxşı hazırlaşıb, yaxşı oyun göstərmək istəyirik"

"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 2:1 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Oyunun əvvəlində uşaqlarda həyəcan var idi. İkinci hissədə meydanda fərqli komanda gördük. Oyunumuzu əks-hücumlar üzərində qurduq və bunun bəhrəsini gördük.
 
- Oyundan əvvəl desəydilər ki, turu keçəcəksiz, inanardız?
- Kubok oyunlarında sürprizlər olur. çalışırıq ki, hər oyun yaxşı nəticə qazanaq. Uşaqlar bu gün yaxşı oyun sərgilədi və qələbə qazandıq.
 
- Növbəti oyunda rəqibiniz "Keşlə" olacaq. Bu haqda fikirləriniz nədir?
- Rəqib yenə Premyer Liqa klubudur. Yaxşı hazırlaşıb, yaxşı oyun göstərmək istəyirik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest