"Nəzarətimizdə olan oyun kimi görünürdü. Amma hücumda dinamiklik çatışmırdı"

"Sabah"ın baş məşqçisi Visente Qomes Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, ispan mütəxəssis 1:2 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
- Nəzarətimizdə olan oyun kimi görünürdü. Amma hücumda dinamiklik çatışmırdı.
 
- Bundan əvvəl "Qarabağ"a uduzmağın faciə olmadığını dediz. Bəs "Kəpəz"ə məğlubiyyət faciədirmi?
- Bu məğlubiyyət sadəcə, bir səhv idi.
 
- Bu səhvin səbəbkarı kimdir?
- Hər kəsin məsuliyyəti var. Ən böyük məsuliyyət də baş məşqçinin üzərinə düşür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest