İspaniyanın "Atletik" klubunun yarımmüdafiəçisi Raul Qarsiya La Liqada yeni rekorda imza atıb.
 
Matc.az xəbər verir ki, 34 yaşlı ispan futbolçu 21-ci əsrdə Primeroda 100 qol vuran ilk yarımmüdafiəçi olub.
 
Qarsiya buna 20-ci tur çərçivəsində keçirilən "Xetafe" ilə oyunda nail olub. Belə ki, təcrübəli futbolçu 5:1 hesabı ilə qalib gəldikləri bu görüşdə dubla imza atıb.
 
Qeyd edək ki, Raul Qarsiya hazırkı komandasında 54, "Atletiko"da 26, "Osasuna"da isə 20 qol vurub. O, cari mövsümdə 21 oyunda 6 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest