Ümumilikdə, bu, paytaxt təmsilçisinin kubokda yubiley - 10-cu oyunu olub. 3-cü dəfə qalib gələn bakılıların 1 heç-heçəsi və 6 məğlubiyyəti var. Rəqib qapısından 13 top keçirən komanda 18 top buraxıb.

"Səbail" futbol üzrə Azərbaycan kubokunda ilk ev qələbəsini qazanıb.
 
Matc.az xəbər verir ki, bu, 1/8 finalın "Zaqatala" ilə matçına təsadüf edib.
 
3:2 hesabı ilə qalib gələn bakılılar bunadək öz meydanında qələbə sevinci yaşamamışdı. öz meydanındakı üç görüşdə 1 heç-heçə və 2 məğlubiyyəti olan "Səbail" 4-cü cəhddən ilk qələbəsini rəsmiləşdirib.
 
ümumilikdə, bu, paytaxt təmsilçisinin kubokda yubiley – 10-cu oyunu olub. 3-cü dəfə qalib gələn bakılıların 1 heç-heçəsi və 6 məğlubiyyəti var. Rəqib qapısından 13 top keçirən komanda 18 top buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest