İspaniyanın "Real" klubunun müdafiəçisi Xose İqnasio Naçoda yeni növ koronavirus infeksiyası aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
 
İspan futbolçunun karantinə alındığı bildirilib. Onun həm də şəkərli diabetdən əziyyət çəkdiyi diqqətə çatdırılıb.
 
Qeyd edək ki, "Real"ın baş məşqçisi Zinəddin Zidan da koronavirus infeksiyasına yoluxub.
 
La Liqanın digər təmsilçisi "Valensiya"da da bir futbolçu koronavirusa yoluxub. Onun adı açıqlanmasa da, evində karantiinə alındığı bildirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest