"Neftçi"nin nigeriyalı fubolçusu Yusuf Lavalın Bakıya qayıdacağı vaxt müəyyənləşib.
 
Matc.az xəbər verir ki, bu barədə "Report"a klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.
 
O bildirib ki, 23 yaşlı hücumçunun sabah axşam saatlarında paytaxtda olmaldır. Allahverdiyevin sözlərinə görə, afrikalı oyunçunun pasportun vaxtı bitmişdi və problem artıq aradan qaldırılıb.
 
Qeyd edək ki, Yusuf Laval çempionatın ilk yarısından sonra Bakını tərk edib. O, bu səbəbdən qış toplanışını və 14-cü turda "Səbail"i 3:1 hesabı ilə məğlub etdikləri matçı buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest