Futbol üzrə İngiltərə Premyer Liqasında 20-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
 
"Kristal Pelas" "Vest Hem"lə, "Nyukasl" isə "Lids"lə üz-üzə gəlib. Hər iki oyun qonaqların qələbəsiylə yekunlaşıb.
 
"Arsenal" bu tur çərçivəsində çətin "Sauthempton" səfərinə yollanıb və inamlı qələbəyə sevinib. "Mançester Siti" isə "Vest Bromviç"in qonağı olub və 5 cavabsız qolla qalib gəlib.
 
İngiltərə Premyer Liqası
20-ci tur
26 yanvar
 
Kristal Pelas – Vest Hem 2:3
Qol: Zaha, 3. Batşuayi, 90+7 – Souçek, 9; 25. Douson, 65.
 
Nyukasl – Lids 1:2
Qol: Almiron, 57 – Rafinya, 17. Harrison, 61.
 
Sauthempton – Arsenal 1:3
Qol: Armstronq, 3 – Pepe, 8. Saka, 39. Lakazette, 72.
 
Vest Bromviç – Mançester Siti 0:5
Qol: İ.Gündoğan, 6; 30. Kanselo, 20. Mahrez, 45+2. Sterlinq, 57.
 
27 yanvar
 
22:00 Bernli – Aston Villa
22:00 çelsi – Vulverhempton
23:30 Brayton – Fulhem
00:15 Everton – Lester
00:15 Mançester Yunayted – Şeffild Yunayted
 
28 yanvar
 
00:00 Tottenhem – Liverpul

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest