Türkiyənin "Qalatasaray" klubunun hücumçusu Mbaye Diane karyerasını İngiltərədə davam etdirəcək.
 
Matc.az xəbər verir ki, 29 yaşlı futbolçu "Vest Hem"lə anlaşıb. 
 
Bu barədə "Sky Sports" məlumat yayıb. Diane mövsümün sonuna qədər icarə əsasında Premyer Liqa klubunda mübarizə aparacaq.
 
"Vest Hem" mövsümün sonunda seneqallı futbolçunun transfer hüquqlarını ala bilər.
 
Diane bu mövsüm "Qalatasaray"la 19 oyunda 11 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest