İtaliyanın "Latsio" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, paytaxt klubu A Seriyasının digər təmsilçisi "Milan"nın müdafiəçisi Mateo Musakkionu transfer edib.
 
Bu barədə Roma təmsilçisinin rəsmi saytı məlumat yayıb. Transferin detalları açıqlanmayıb.
 
Qeyd edək ki, Musakkio 2017-ci ildən "Milan"da oynayırdı. O, bu mövsüm A seriyasında cəmi 1 oyuna çıxmışdı. Argentina yığmasının da üzvü olan 30 yaşlı mərkəz müdafiəçisi karyerası ərzində "River Pleyt" və "Vilyarreal" klublarının da uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest