Xəbər verdiyimiz kimi, bu gün İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında final mərhələsi 2023-cü ildə Gürcüstanda və Rumıniyada təşkil ediləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Xəbər verdiyimiz kimi, bu gün İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında final mərhələsi 2023-cü ildə Gürcüstanda və Rumıniyada təşkil ediləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan U-21 milli komandasının baş məşqçisi Milan Obradoviç püşkü dəyərləndirib:
 
"Məncə, Avstriya və Xorvatiya qrupun ən güclü komandalarıdır. Milli komanda və U-21 səviyyəsində uğurlu çıxış edirlər. Praktik olaraq onları eyni gücə malik iki komanda kimi dəyərləndirə bilərik. Qrupda yer alan digər komandalar Norveç, Finlandiya, Azərbaycan və Estoniya 3-cü yer uğrunda mübarizə aparacaq. Serbiya millisində çalışarkən Norveçə qarşı oynamışıq. Taktiki cəhətdən çox yaxşı komandadır. Sürətli, texniki və keyfiyyətli futbol nümayiş etdirirlər. Finlandiya və Estoniya haqda fikir bildirmək çətindir. çünki onların oyun səviyyəsini bilmirəm. Lakin Finlandiyada həmişə yaxşı oyunçular olub. Ətraflı analizlərdən sonra fikir bildirmək olar. 
 
Qrupumuzdakı bəzi komandaların bizdən güclü olmaları mümkündür, amma heç birindən qorxmuruq. ötən seçmə mərhələdə Fransa, İsveçrə və Slovakiya kimi yığmalara qarşı öz oyunumuzu oynaya bildiyimizi göstərdik.
 
Komanda olaraq daha yaxşı ola bilərik. Biz ancaq irəli baxmalıyıq və özümüzdən əmin olmalıyıq. Bunun üçün risk etməliyik. Yəni müdafiədə oturmamalıyıq, çalışdığımız qədər pressinq etməklə hücumda olmalıyıq. Fransa və İsveçrə yığmalarları ilə oyunda olduğu kimi topa 50 faiz nəzarət etməliyik. Bir sözlə, ötən seçmə mərhələ ilə müqayisədə gücümüzü daha da artırmalıyıq. Taktiki və texniki cəhətdən oyunumuzu artırsaq, xal ehtiyatımızı yaxşılaşdırıb qrupu yaxşı yerdə başa vura bilərik. Bunu gərçəkləşdirə bilsək, bu, bizim üçün irəli atılmış addım olacaq və U-21-dən əsas komandaya daha çox oyunçu gedəcək. Bunların hamısını bir yerdə etmək nə asandır, nə də çətin. çünki hər şey özümüzdən asılıdır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest