Futzal üzrə Azərbaycan millisi sabah - yanvarın 29-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya yığması ilə qarşılaşacaq.
 
Matc.az xəbər verir ki, 3-cü qrup çərçivəsində Bakı İdman Sarayında baş tutacaq görüş millimizin bu rəqiblə sayca 7-ci dueli olacaq.
 
Komandalar müxtəlif vaxtlarda 6 rəsmi oyun keçirib. Bu matçların 3-də millimiz qələbə qazanıb, iki qarşılaşmada isə heç-heçə qeydə alınıb. Yalnız ilk oyunda qələbəni rəqibimiz aktivinə yazdırıb.
 
27.10.1995. AçSO. Slovakiya – Azərbaycan 2:0
 
30.03.2013. AçSO. Slovakiya – Azərbaycan 1:2
 
15.09.2015. AçSO-pley-off. Azərbaycan - Slovakiya 3:1
 
22.09.2015. AçSO-pley-off. Slovakiya – Azərbaycan 1:1
 
26.10.2019. DçSO. Azərbaycan – Slovakiya 2:0
 
01.02.2020. DçER. Slovakiya – Azərbaycan 3:3

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest