Bu gün futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib.

Matc.az xəbər verir ki, millimiz Bakı İdman Sarayında Slovakiya yığması ilə qarşılaşıb.

Qarşılaşma azarkeşlər və media üçün qapalı olub. Beş qolun qeydə alındığı matç komandamızın qələbəsiylə yekunlaşıb.

Aç-nin seçmə mərhələsi
29 yanvar

Azərbaycan – Slovakiya 4:1
Qol: Bolinya, 5. Qalo, 38. X.Bağırov, 40. İ.Atayev, 40 – T.Drahovski, 15.
Hakimlər: İrina Velikanova (Rusiya), Yuri Neverov (Rusiya), Hikmət Qafarlı (Azərbaycan).
Timekeeper: Knyaz Əmiraslanov (Azərbaycan).
Hakim-inspektor: Edi Sunyiç (Xorvatiya).
UEFA nümayəndəsi: Tai Regel Pundik (Danimarka).

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Tyaqo Telles Martins "Bolinya", 8. Rizvan Fərzəliyev (k), 13. Kardoso Everton "Qalo", 9. Rafael Vilela, 1. Emin Kürdov (q), 10. Oliveyra Da Nascimento "Vassora", 5. Amir Şocaei, 11. Xətai Bağırov, 17. İsa Atayev, 7. Ramiz çovdarov, 20. Tofiq Mikayılov, 14. Hadi Ahmadi.
Baş məşqçi: Joze Alesio Da Silva.
Slovakiya: 12. Riçard Oberman (q), 1. Milan Herko (q), 2. Marek Karpyak (q), 10. Marek Belanik, 13. Anton Brunovski, 14. Daniel çerovski, 4. Martin Doşa, 16. Tomaş Drahovski, 17. Marko Hudaçek, 8. Marian Hudek, 11. Matuj Kijovski, 6. Matuş çevçik, 7. Martin Smerçka, 9. Filip Vaktor.
Baş məşqçi: Marian Berki.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest