İngiltərə Premyer Liqasının 23-cü turundan etibarən futbolçuların birinin beyin silkələnməsindən şübhə yaranacağı təqdirdə, əlavə əvəzetməyə icazə veriləcək.
 
Matc.az xəbər verir ki, yenilik Premyer Liqanın səhmdarlarının iclasında təsdiqlənib.
 
Son qərarı Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) İdarə Heyəti verəcək. Klub həkimləri oyunçuya beyin silkələnməsi şübhəsi ilə diaqnoz qoyacaqları təqdirdə əvəzetmə imkanı bitən komanda oyunçunu dəyişdirə biləcək. Əvəzetmə gerçəkləşsə, rəqib komandaya da eyni imtiyaz veriləcək.
 
Qeyd edək ki, İngiltərə Premyer Liqasında 23-cü tur fevralın 6-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest