"Biz mütəmadi olaraq Operativ Qərargah və TƏBİB-lə əlaqə saxlayırıq. Azarkeşlərin tezliklə stadiona qayıtmasını istəyirik".
 
Matc.az xəbər verir ki bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
 
Federasiya rəsmisi futbol matçlarında azarkeşlərin az olmasından da danışıb: "Düzdür, fərəhlə deyə bilmərəm ki, bizdə azarkeş sayı çoxdur. Amma bəzi matçlarda normal sayda fanat olurdu. Bu gün çempionat oyunlarında həyəcan yoxdur. Bunun da səbəbi azarkeşlərdir. Dövlətin tətbiq etdiyi qaydalara görə azarkeşlərə icazə verilmir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest