"Bizdə məktəbdə bir müəllim var idi, adını çəksəm, inciyər. Sual verəndən sonra soruşurdu ki, özünə neçə qiymət verərsən? özündən razı olanlar yüksək qiymət deyirdilər. Sonda qiyməti kim yazırdı? Əlbəttə ki, müəllim".
 
Matc.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
 
O, öz fəaliyyəti ilə bağlı suala bu cür cavab verib: "İnsan özünə qiymət verməz. Mənə qiyməti lazımi adamlar verirlər. 28 yaşında baş katib kimi başlamışdım. İcraçı vitse-prezident təyin olunmuşamsa, deməli, yaxşı nə iləsə fərqlənmişəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest